Meliorativ terminlər

AXININ SƏRFİ — Axının canlı en kəsik sahəsindən bir saniyədə keçən suyun miqdarına deyilir; ( m3 və ya l/san)

AXININ HƏCMİ — Axının canlı canlı en kəsik sahəsindən müəyyən müddətdə (saat, gün, ay, il ) keçən suyun miqdarına deyilir; ( m3 və ya km3)

ARAT —- Yerli ad olub (Azərbaycanda), əkinqabağı torpağın nəmliyini kifayət qədər artırmaq və duzluluğu bir qədər yüksək olan torpaqlarda yuma rejimi yaratmaq üçün əkin sahəsinə bir qədər iri norma ilə verilən sudur

ARİD TORPAQLAR —- (Ədəbiyyatlarda «Arenosoli» kimi işlənir, latınca arena-qum və solum - torpaq deməkdir). Hidrotermik torpaq əmələgəlmə rejiminə görə arid torpaqlar arid, subarid, subarid-humid torpaq yarımtiplərinə bölünür. Arid torpaqların yayıldığı ərazi quraq iqlimi isti yayı, soyuq qışı ilə fərqlənir. Orta illik temperatur t°+16° C-ə çatır. İl ərzində yağıntıların miqdarı 100-200 mm-dən зox olmur və aylar üzrə qeyri-bərabər paylanır. Arid torpaqlar coğrafi cəhətdən zəif inkiєaf etmiє profilə malik olur. Əsasən səhra, yarımsəhra, quru bozqır, quru savanna ərazilərində yayılmışdır. «A» qatında humusun miqdarı 0,5-1,5% arasında dəyiєir. Avtomorf rejimdə əmələ gələn boz-qonur torpaqlar arid səhra torpaqlarının ən tipik nümunəsidir. Yer kürəsinin əksər ərazilərində geniє yayılmış A.T. coğrafi cəhətdən ən зox Afrika qitəsində təxminən 10-15-ci paralellərdən єimala, Ərəbistan yarımadasında, Avstraliya materikinin mərkəzi rayonlarında, Orta Asiyada böyük massivlər şəklində yayılmışdır.

HİDROTEXNİKA — Mühəndis qurğuları və tədbirlərinin köməyi ilə su ehtiyatlarinin qorunması, istifadəsi və suyun zərərli təsirindən qorunma məsələlərini həll edən elm və texnikanin sahəsidir;

HİDROTEXNİKİ QURĞU ( HTQ ) — Su ehtytatlarinin qorunması, istifadəsi və suların zərərli təsirlərinin qarşısının alınması üçün tikilən mühəndis qurğularıdır;

HİDROTEXNİKİ QURĞUNUN ƏRAZİSİ — Azərbaycan Respublikasi qanunvericiliyinə uyğun olaraq HTQ-ni əhatə edən torpaq cahəsidir;

HİDROQOVŞAQ — Yeləşməsinə və uyğun təyinatına ğörə birləşmiş hidrotexniki qurğular kompleksidir;

HİDROQRAFİYA — Burada, su obyeklərinin ümumi təsviri verilməklə, onların mənşəyi, coğrafi vəziyyəti, morfologiyası və s. öyrənilir. Başqa sözlə Yer səthindəki suları (çay, göl, dəniz, su anbarı və s.) keyfiyyət və kəmiyyətcə səciyyələndirməklə (ölçüləri, dərinlikləri, formaları, yerləşmələri kimi fiziki xüsusiyyətlərinin təhlili və təsviri, eləcə də küləklərin istiqaməti və gücünü, axınları, qabarma və çəkilmələri) öyrənən elmdir.;

HİDROMETRİYA — Burada, su obyektlərini səciyyələndrən hidroloji kəmiyyətlərin (suyun axma sürəti, sərfi, səviyyəsi, gətirmələr və s.) ölçülməsi və müşahidə olunması üsullarından bəhs olunur;

HİDROGEOLOGİYA—Burada, hidroloji hadisələrin fiziki mahiyyəti və əmələgəlmə qanunauyğunluqları öyrənilir;

HİDROQRAF — Sərfin vaxta görə dəyışməsini göstərən əyriyə deyilir. Il ərzində və ya ilin müəyyən hissəsində (fəsil, ay, sel vaxtı) suyun sərfinin eləcə də digər göstəricilərin deyişməsini xarakterizə edən qrafikdir. Məsələn, zaman ərzində suyun sərfinin dəyişməsini göstərən qrafik; zaman ərzində sudakı asılı hissəciklərin (nanosların) deyişməsi qrafiki. Daşqının, selin və s. hidroqrafları da misal kimi göstərilə bilər;

HUMUS, ÇÜRÜNTÜ — Torpağın bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsi. Humusun tərkibinə humin turşuları (torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulvoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə bitkilərin ala biləcəyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. ;

MELİORASİYA—Torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşə meliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır;

İRRİQASİYA (suvarma) — Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir;

MELİORASİYA OLUNMUŞ (olunacaq) TORPAQLAR — Meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlardır;

SUVARILAN TORPAQLAR — Suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlardır;

MELİORASİYA SİSTEMLƏRİ — Meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləridir;

İRRİQASİYA (suvarma ) SİSTEMLƏRİ — Suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir;

MELİORASİYA VƏ İRRİQASİYA TƏDBİRLƏRİ — Meliorasiya sistemlərinin, irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması və istismarı, otlaqların su təchizatı, qoruyucu meşə əkinlərinin salınması, mədəni-texniki işlərin, torpaqların fiziki və aqrokimyəvi xassələrinin yaxşılaşdırılması işlərinin aparılması, göstərilən işlərin elmi və istehsal-texniki təminatıdır;

BƏND — Su səviyyəsini qaldırmaq üçün su axınının qarşısını kəsmək məqsədilə və bəzən su axını boyunca tikilən səviyyə qaldıran hodrotexmiki qurğudur, başqa sözlə axının qabağını kəsərək anbara su toplayan tikilidir ;

  a).Torpaq bəndlər — Qrunt materiallarından tikilən və gövdəsi gilli, qumlu, çınqıllı qruntan ibarət olan bəndlərdir;

  b).Qravitasiyalı bəndlər — Qurğuların çəkisi və suyun basqı təsirindən böyuk kütləyə malik olduqlarından bünövrəsində sürüşməyə qarşı lazımi sürüşmə qüvvəsi və dəyanətlik olan bəndlərdir ;

  c).Tağ şəkilli bəndlər — Beton və dəmir-betondan tikilən tağ şəkilli belə bəndlərdə dəyanətlik qayalı sahillərə və bünövrəyə ötürülməsi hesabina yaranır ;

  d).Kontrofos bəndlər — Bir sıra kontrofosdan ( şaquli beton, dəmir-beton və ya metal divarlaradan ) ibarət olub, aralıq müstəvi və ya əyrisəthli formalı konstruksiyalarla örtülür;

  e).Çox tağlı bəndlər — Tağ və ya qübbə şəkilində basqılı arakəsmələri olan kontrofos bəndlərdir;

  ə).Oyuq şəkilli bəndlər — Əsası beton və dəmir-beton divarlardan ibarət olan daş və qruntla doldurulmuş oyuğa bənzər qravitasiyalı bəndlərdir ;

SU OBYEKTI — Relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

SU EHTIYATLARI — Su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;

SU OBYEKTİNİN İSTİFADƏÇİSİ — Su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

SU İSTEHLAKÇISI — Öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;

SU TƏSƏRRÜFATI OBYEKTİ — Su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;

SU OBYEKLƏRİNİN ÇİRKLƏNMƏSİ — Suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

SU OBYEKLƏRİNİN ZİBİLLƏNMƏSİ — Su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

SULARIN ZƏRƏRLİ TƏSİRİ — Su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri;

SU DÖVRANI — Yer kürəsində okean, dəniz, quru sahələri və atmosfer arasında olan fasiləsiz rütubət mübadiləsidir;

SU BALANSI — Hər hansı bir əraziyə müəyyən vaxt ərzində (mövsüm, il) daxil olan və oradan kənar olan bütün növ suların miqdarca ifadəsidir. Su balansı iki hissədən ibarət olur: mədaxil (gəlir) və məxaric (çıxar). Mədaxil hissəyə əsasən aşağıdakı elementlər daxildir: atmosfer çöküntüləri, suvarma üçün istifadə olunan sular, balans ərazisinə daxil olan səth və yeraltı sular və s. Məxaric hissəyə əsasən aşağıdakı elementlər daxildir: cəmi buxarlanma (torpaq səthindən və bitki üzərindən), drenajla kənar olunan sular, balans ərazisindən kənar olunan səth və yeraltı sular və s. Su balansı aerasiya zonası, ərazisi və qrunt suları üçün tərtib olunur;

SULU HORİZONT — Yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);

YERALTI SU HÖVZƏSİ — Yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;

YERALTI SU YATAĞI — Sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi;

TORPAĞIN HİDROTEXNİKİ MELİORASİYASI — İstifadə olunan torpaqda nəmliyin nizamlanmasına yönələn hidrotexniki tədbirlərdir ;

TORPAĞIN SUVARILMASI — Torpağın məhsuldarlığını artirılması məqsədilə onda süni nəmliyin yaradılmasıdır;

TORPAĞIN QURUDİLMASI — Torpaq qatından artıq suların kənarlaşdırılmasıdır ;

TORPAĞIN SU REJİMİ — Suyun torpağa daxil olması, onun hərəkəti, torpaq horizontlarında saxlanması və torpaqdan sərfi ilə bağlı bütün proseslərin məcmusudur;

QURUTMA SİSTEMLƏRİ — Torpağın qurudulması üçün yaradılan hidrotexniki və köməkçi qurğular sistemidir ;

FAYDALI HƏCM — Axının nizamlanma prosesini bilavasitə, tənzim etməklə yanaşı, eyni zamanda hesablama dövründə su anbarından zamanətli su verməni təmin edir;

ÖLÜ HƏCM — Nizamlanmada bilavasitə, iştirak etməyib, su anbarının normal istismarı üçün nəzərdə tutulur;

DAŞQIN ƏLEYHİNƏ HƏCM—çayla gələn daşqın suyunun bir hissəsini özündə saxlamaq və aşağı byefə atılan suyun miqdarını azaltmaq üçün nəzərdə tutulur;

HİDROTEXNİKİ TUNEL — İstənilən məqsəd üçün suyun örtülü yolla yer altından keçirmək üçün istifadə olunan hidrotexniki qurğudur;

AKVEDUK — Suyu maneənin bir sahilindən digər sahilinə nov və bəzən borular vasitəsilə keçirən düzbucaq şəkilli və bəzən yarımdairəvi en kəsiyə malik suötürən tikilidir;

DÜKER — Basqılı boru şəkilində qayaliqların səthi üzərində və ya yer səthindən müəyyən dərinlikdə tikilən hidrotexniki qurğudur;

SU TULLAYICI QURĞU — Su anbarlarında daşqın sularını yuxarı byefdən aşağı byefə ötürmək lazım gəldikdə, eləcə də suvarma kanallarındakı artıq suları suvarılan ərazidən kənarlaşdırmaq və kanalları boşaltmaq məqsədilə istıfadə olunan qurğulardır.

CƏLDAXIDAN — Nov şəkilində suyu böyük surətlə yuxarı kanaldan aşağı kanala aparan biləşdirici qurğudur;

SU AŞIRAN — Üzərindən su axaraq tökülən, horizontal çıxıntılı və ya maneə formalı ( həmin hissədən keçən suyun sərfini ölçmək məqsədilə ) tikilən hidrotexniki qurğudur;

QRUNT SUYU — Tədricən və ya tamamilə qruntun boşluqlarına dolan sudur. Yer səthindən aşağıda yerləşmiş (yəni litosfer daxilində) suların hamısına deyilir. Bu termin yeraltı sular və torpaqaltı sular kimi də işlədilir;

QRUNT — Torpaq qatı altında olan, aşınmış dağ süxurları təbəqəsidir, torpaq əmələgəlmə prosesində fəal iştirak edir;

QRUNT SULARININ BÖHRAN (kritik) DƏRİNLİYİ — - Suvarma və ya başqa səbəblərdən qrunt sularının səviyyəsi tədricən qalxaraq elə bir dərinliyə çatır ki, bu dərinlikdə torpaqların şorlaşma prosesi başlayır. Şorlaşma prosesi başlayan dərinliyə qrunt sularının böhran dərinliyi deyilir.;

QRUNT SULARININ AXINI — - Sulu qatda qrunt suları kütləsinin hidravliki təzyiq altında yerdəyişməsidir.;

QRUNT SULARININ BURAXILABİLƏN DƏRİNLİYİ — - Kənd təsərrüfatı bitkiləri suvarılan zaman qrunt sularının dərinliyini böhran dərinliyi səviyyəsində saxlamaq mümkün olmur, onlar yer səthinə yaxınlaşır. Qrunt sularının böhran dərinlikdə yuxarı qalxması müşahidə edilirsə və onun davametmə müddəti ərzində (15-20 gün) torpaqların duzluluğunda kəskin dəyişikliklər baş verirsə, bələ dərinliyə qrunt sularının buraxılabilən dərinliyi deyilir.;

ÇAY – Atmosfer yağıntıları və yeraltı sular hesabına yer səthində əmələ gələn və relyefin aşağı hissələrinə toplanaraq ağırlıq qüvvəsinin təsiri ilə maillik istiqamətində baş verən axar;
-suyunu bilavasitə dəniz və göllərə axıdan çaya əsas çay deyilir;
-əsas çaya qovuşan çaylar, onun birinci dərəcəli qolları, birinci dərəcəli qollara tökülən çaylar isə onun ikinci dərəcəli qolları hesab olunur;
-əsas çay öz qolları ilə birlikdə çay sistemi adlanır;

ÇAY HÖVZƏSİ — Yer səthi və ona müvafiq torpaq və qrunt qatlarından əmələ gələn sular hesabına çayı qidalandıran sahə;

ÇAY VADİSİ — Yer səthindən çay boyunca uzanan və onun mənbəyindən mənsəbinə doğru maili olan, planda əyrü-üyrü görünən çökəkliklərdir;

MEANDIR - Çay yataqlarında rast gəlinən əyriliyə deyilir;

ÇAYIN DELTASI - Çayın dənizə və gölə töküldüyü yerlərdə gətirmələrin çökməsi nəticəsində geniş ərazidə şaxələnərək qollara ayrılan hissəsidir;

TRANSPİRASİYA — Bitki örtüyündən olan buxarlanmaya deyilir;

NEYTRAL TORPAQLAR — Turşuluğu yaxud qələvilik səviyyəsi (yəni pH) 6,1-7,1 arasında dəyişən torpaqları neytral torpaqlar adlandırırlar. Torpağın münbitliyi üçün mühüm əhəmiyyət kəsb edən cəhətlərdən biri udulmuş əsasların tərkibidir ki, bu torpağın turşuluğunu və qələviliyini, yəni hansı reaksiyaya malik olmasını təyin edir. Torpağın udulmuş əsaslarında izafi (artıq) turşuluğu yaxud qələviliyi dəyişməklə torpağın fiziki xassələrini-mühitini yaxşılaşdırmaq mümkündür. Bunun üçün kimyəvi meliorasiya işləri aparmaq lazımdır. Bir qayda olaraq turş torpaqlarda əhəngləmə, qələvi torpaqlarda isə gipsləmə tətbiq edilir.;

SƏRF ƏYRİSİ — Hidrometrik kəsimdə suyun sərfi ilə səviyyəsi arasındakı əlaqəni ifadə edən əyriyə deyilir;

POZULMUIŞ TORPAQLAR — Insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması və bununla əlaqədar ətraf mühitə mənfi təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini, məhsuldarlığını və qiymətini itirən torpaq sahələridir.;

PODZOLLU - qleyli torpaqlar — Lənkəran vilayətinin subtropik iqlim şəraitində formalaşır. Bu torpaqlar adətən alçaq terraslarda, depressiyalarda yayılaraq, delüvial və delüvial-prolüvial çay və yarğan - tirə çöküntüləri üzərində inkişaf etmişdir. Qeyd etdiyimiz kimi, Azərbaycanda podzollu torpaqlar olmadığı üçün torpaqlar psevpodzol-qleyli sarı torpaqlar adlanır. Kənd təsərrüfatında uzun müddətdə istifadə olunan bu torpaqların xarakterik xüsusiyyəti odur ki, şumaltı qatların dəqiq sərhədi yoxdur. Suvarma nəticəsində şum qatının altında kiplənmiş Btg qat əmələ gəlmişdir. Zəif sukeçirmə qabiliyyətinə malik olan bu torpaqlarda rütubət çoxluğu müşahidə olunur. Aşağı qatlarda isə qrunt sularının təsiri altında qleyləşmə prosesi gedir. Humuslu qatın (Al) zəifliyi, açıq rəngli ellüvial qatın-A2 və illüvial-Btg qatının güclü qleyləşməsi və kəltənli struktura bu torpaqların xarakterik xüsusiyyətləri hesab olunur. Bg - BCg qatında çox güclü qleyləşmə müşahidə olunur. Humusun miqdarı 3-4%-dir. Humus fufat, humat-fulvat tərkiblidir. ;

GÖL — Zəif su mübadiləsi ilə fərqlənən, okeanlarla birbaşa əlaqəsi olmayan yer səthinin su ilə dolu çuxur və çökəkliklərinə deyilir. Suni yradılmış gölə su anbarları deyilir. Sahəsi 1 km²-dən az olan kiçik su anbarları və bitki örtüyü ilə örtülmüş az sulu təbii göl nohur adlanır. Suyunun tərkibinə görə göllər: şirin və şor olur. Su rejiminə görə göllər: axarlı (şirin) və axarsız (şor) olur.

  a).Tektonik göllər — yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal, Ladoqa, Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir;

  b).Vulkanik göllər — sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur ;

  c).Buzlaq mənşəli göllər — yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Qəbələdə Tufangöl, Böyük Kölə, Böyük Ayı. ;

  d).Uçqun və sürüşmədən yaranan bənd gölləri — zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır. Kiçik Qafqazdakı - Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir.;

  e).Çökmə göllər — karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir;

  ə). Relikt (və ya qalıq) göllər — - okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir. Məsələn: Xəzər, Aral, Ölü ;

  i).Axmaz və ya çay-dərə gölləri — çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.;

  g).Meteorit mənşəli göllər — meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır;

BATAQLIQ — Yer səthinin rütubətlə doymuş, torpaqda oksigen çatışmazlığına uyğunlaşan və rütubət sevən bitkilərlə örtülmüs, torf əmələgəlmə prosesi gedən sahələrinə deyilir;

  a).Alçaq (və ya çökək) bataqlıqlar — çöl zonasında olur və yeraltı sularla qidalanırlar. Buradakı torfdan kənd təsərrüfatında gübrə şəklində istifadə edirlər;

  b).Üst (və ya qabarıq) bataqlıqlar — meşə zonasında daha çoxdur və atmosfer yağıntıları ilə qidalanırlar. Buradakı torfdan yanacaq kimi istifadə olunur;

BUZLAQLAR — qardan əmələ gəlir və ən çox dağlarda və qütb ərazilərində olur. Buzlaqlar daimi müstəqil hərəkətdədir. Buzlaqlar 2 qrupa bölünür:

  g).Örtük buzlaqları — bütün buzlaqların 98,5%-ni tutur ki, bunun da ən çoxu Antarktidadadır;

  g).Dağ buzlaqları — uca dağlarda qar xəttindən yüksəkdə - yəni qarın əriməyə macal tapmadığı sərhəddən yuxarıda yaranır. Qar xətti ekvatordan qütblərə doğru azalır. O ekvatorda - 5 km, tropikdə - 6 km, mülayimdə - 2 km, qütblərdə 0 m-dən keçir ;

DƏRİNLİK — Suyun sərbəst səthindən şaquli istiqamətdə onun dibinə qədər olan məsafəyə deyilir;

DRENLƏR — Suvarılan və qurudulan ərazilərdən qrunt sularını kənar edərək səviyyələrini aşağı salmaq üçün tikilən qurğulardır. ;

DƏMYƏ TORPAQLAR — Suvarma tərtib edilməyən ərazilərin kənd təsərrüfatı bitkiləri altında istifadə edilən torpaqlardır. Adətən yağıntıların miqdarı 400-500 mm-dən çox olan sahələrdə k-t bitkilərində suvarma tətbiq edilmədiyindən həmin torpaqları dəmyə torpaqlar adlandırırlar. Dəmyə torpaqlar öz morfi-genetik xüsusiyyətlərinə görə suvarılan torpaqlardan bir sıra əlamətləri – profilcə diferensiasiyalı olması, karbonat yenitörəmələrinin (xüsusilə ağgözcüklərin) yaxşı ifadə edilməsi, zəif gilləşməsi və topavari strukturası və s. ilə fərqlənir;

KOLLEKTOR — Qrunt sularını qəbul edən dren və su yığanlardan, eləcə də səth və açıq kanalların artıq sularını yığaraq ərazidən kənar edən iri kanaldır;

KƏHRİZ — Dərində yerləşmiş sulu qatdakı suları toplayaraq kiçik mailliklə yerin səthinə çıxarmaq üçün qazılan (tikilən) yeraltı qalereyadır (lağımdır). Suları içilmək və suvarma üçün istifadə olunur.;

DÖVRÜ SUVARMA NORMASI — Torpaqda bitki üçün lazım olan optimal rütubət tutumu yaratmaq, onun məhsuldarlığını bərpa etmək məqsədilə 1 hektar sahəyə bir dəfə verilən suyun miqdarına deyilir;(m3/ha-la)

VEGETASİYA SUVARMA NORMASAI — Bitkilərin nоrmal inkişafını təmin etmək üçün, vegetasiya dövründə ərazinin hər hektarına verilən suyun miqdarına deyilir;(m3/ha-la)

VEGETASİYA — Bitkilərdə böyümə və inkişafın getməsi vəziyyətinə deyilir. Bitkinin vegetasiyası, nisbi sükunət dövründən «oyanaraq» böyüməyə başladığı vaxtdan başlayır, böyümə və inkişafı dayandıraraq nisbi sükunət dövrünə keçdiyi vaxtdan qurtarır.

VEGETASİYA DÖVRÜ — Meteoroloji amillərdən asılı olaraq bitkilərin böyüyüb inkişaf etdiyi dövrdür. Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün il boyu davam edir. Vegetasiya dövründə bitki bütün inkişaf mərhələlərini keçir. Kənd təsərrüfatında vegetasiya dövrü bitkinin (taxıl, pambıq, günəbaxan və s.) toxumunun cücərməsindən məhsul yığımınadək olan dövrdür. Meyvə, meşə ağacları və kollan üçün bu dövr tumurcuqların şişmə mərhələsindən yarpaqların kütləvi tökülmə mərhələsinədək davam edir. Adətən vegetasiya dövrü qısa olan bitkilər, şimal rayonlarında soyuqlar düşənə qədər və çox quraq rayonlarda quraqlıq başlayana qədər becərilir. Vegetasiya dövrü uzun olan bitkilər əsasən cənub rayonlarda əkilir.

SU ANBARI — Çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən tikilidir;

SUVARMADA CƏMİ SU TƏLABATI NORMASI — Il ərzində və ya bitkilərin vegetasiya müddəti ərzində əkin sahəsindən buxarlanmaya, transpirasiyaya sərf olunan və kənar edilən suvarma və qrunt sularının ümumi miqdarıdır. Bu sərf suvarma, arat və yağıntı suları ilə bərpa (konpensasiya) olunur;

SUVARMA DÖVRÜ —- Bitkinin bir dəfə suvarılması üçün verilən suyun başlandığı andan sonuna kimi olan müddətdir;

SUVERMƏ ƏMSALI — Həcmi faizlə ifadə edilmiş suyun (100% bərabər qəbul edilmiş) torpağın ümumi həcminə olan nisbətidir. Maksimal qiyməti müəyyən qalınlığa malik olan həcmdə torpağın tam su tutumu ilə tam tarla su tutumu arasındakı fərq kimi təyin edilir. Ölçüsüz kəmiyyətdir;

SU TƏLABATI ƏMSALI — dedikdə, 1 ha-dan 1 sentner əmtəə məhsulu almaq üçün ərazidən buxarlanmaya və transpirasiyaya sərf оlunan suyun ( m3-la) miqdarı nəzərdə tutulur, başqa sğzlə bu və ya digər bitkinin vegetasiya müddəti ərzində sərf etdiyi suyun (torpaqda olan ehtiyat suvarma suları, atmosfer yağıntıları), onun quru kütləsinin məhsuluna (ümumi) və ya dəninin quru kütləsinə olan nisbətidir;

TORPAQLARIN, ŞORLAŞMASI — Suda həll olan duzların torpaqda toplanması prosesidir, son nəticədə dərindən şorlaşmış və şoran torpaqların əmələ gəlməsinə səbəbdir. Ayrılırlar: a)ilkin (öncədən) şorlaşmışlara (ana süxurların duzlu olması, qrunt suların buxarlanması və eləcə də külək (eol), biogen və s. amillərin təsiri ilə duzların təbii olaraq torpaqda toplanması nəticəsində əmələ gələn); b)təkrar şorlaşmışlara - ərazidə torpaq-qruntların su rejiminin süni sürətdə dəyişdirilməsi nəticəsində əmələ gələn. Məsələn, suvarmanın düzgün aparılmaması duzların şorlaşmış torpağın üst qatlarına toplanmasına və onun şorlaşmasına səbəb olur. Əksər hallarda torpaqların şorlaşması dərin qatlarda yerləşmiş duzlu süxurların tərkibindəki asan həll olan duzların qrunt suları vasitəsilə həll edilərək yer səthinə yaxınlaşması və ya ətraf hündür ərazilərdən minerallaşmış səth və qrunt sularının düzən və çökək yerlərə toplanması nəticəsində baş verir;

ŞORAN TORPAQLAR — Tərkibində mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda suda həll olan duzlar olan torpaqlar adlanır. - Onlara şoranlar və şorakətlər aiddir. a) şoranlar səthində və profilində çoxlu miqdarda suda asan həll olan duzlar olan torpaqlardır. Kimyəvi tərkibindən asılı olaraq şoranların üst qatında duzların miqdarı 0,6-0,8%-dən 2-3% və daha çox ola bilər. Ş.T. iki yarımtipə bölünürlər: hidromorf və avtomorf şoranlar. Hidromorf şoranlar minerallaşmış qrunt sularının yer səthinə yaxın olan şəraitdə inkişaf edirlər və aşağıdakı cinslərə bölünürlər: tipik hidromorf, çəmən, bataqlıq, şorlar, dənizsahili, donuşluqlu, təkrar şorlaşmış və takırlaşmış. Tərkibində natrium xlor duzu üstünlük təşkil edən şoranların səthində qabıq (qaysaq) əmələ gəlir. Kalsium və maqnezium xlor kimi yüksək hiqroskopikliyə malik duzlar olan torpaqlarda nəm şoranlar inkişaf edir. Torpaqdakı duzların tərkibində Na2SO4 duzu üstünlük təşkil edirsə yumşaq şoranlar formalaşır. Əgər torpaqdakı duzların içərisində Na2CO3 (soda) çoxdursa qara şoranlar əmələ gəlir, b) Şorakətlər. Tərkibində çoxlu miqdarda udulmuş mübadiləlik natrium və bəzən illüvial qatda (horizont B) maqnezium olan torpaqlardır. Şoranlardan fərqli olaraq şorakətlərdə asan həll olan duzlar torpağın lap səthində deyil, bir qədər aşağı qatlarında yerləşir. Ş.T. qeyri-əlverişli aqronomik xüsusiyyətləri ilə fərqlənirlər. Şorakətlər kimyəvi tərkiblərinə və duzluluq dərəcələrinə görə bölünürlər: sodalı, qarışıq (sodalı-xlorlu-sulfatlı) və neytral (sulfatlı-xlorlu və xlorlu-sulfatlı) şorakətlər. Kimyəvi tərkibləri şoranlarda olduğu kimi su çəkimindən anion-kation nisbətləri ilə müəyyən olunur. Şorakət torpaqlarda mübadilə olunan natrium udulmuş əsasların cəminin 25-40 və daha çox faizini təşkil edə bilər. Neytral duzlarla şorlaşmış şorakətlərdə pH=8,0-8.5 arasında tərəddüd edir, qələvi duzlu şorakətlərdə isə pH=8,5-10,5.;

ŞORLAŞMIŞ TORPAQLARIN TƏSNİFATI — Torpaqların suda asan həll olan duzların miqdarı və kimyəvi tərkibinə (sodalı, xlorlu, sulfatlı-xlorlu, xlorlu-sulfatlı, sulfatlı və s.) və duzlu qatın səthdən hansı dərinlikdə yerləşməsinə görə (dərin şoranvari, şoranvari, şoranlı, şoran) qruplaşdırılmasıdır. ;

ŞORLAŞMIŞ TORPAQLARIN YUYULMASI — Asan həll olunan duzları torpaq-qruntdan kənar etmək üçün keçirilən meliorativ tədbirdir. İki cür yuma mövcuddur: a) Əsaslı - çoxlu miqdarda duzu olan torpaq-qruntun dərin qatını (0-100 sm və daha dərin) böyük miqdarda su verməklə duzlardan yuyub təmizləmək; b) istismar dövrü mövsüm ərzində torpağın üst qatına toplanmış duzları kənar etmək məqsədilə aparılan dövri yuma. Qrunt suları yer səthinə yaxın olan ərazilərdə yuma zamanı əmələ gəlmiş duz məhlullarını kənar etmək üçün süni drenaj tələb olunur. ;

TORPAQ SAHƏSİ — Dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi. Torpaq sahəsi bölünən və bölünməz ola bilər; bölünən torpaq sahələri öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər. Bölünməz torpaq sahələri isə əksinə, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər.;

TORPAĞIN ÇİRKLƏNMƏSİ — Torpağın səthinə töküldükdən sonra çirkləndiricilərin onun daxili qatlarına keçməklə fiziki, kimyəvi və bioloji xassələrini dəyişməsi və öz-özünə dəyişməyən prosesdir. Məs. radionukleidlərin, vulkan brekçiyalırının, neft məhsullarının müxtəlif tərkibli zibil töküntüləri və başqa kimyəvi maddələrin torpağın səthinə tökülərək onu çirkləndirməsidir. Çirklənmələr təbii, antropogen, fiziki, kimyəvi, elektromaqnitli və s. ilə ola bilər.;

TORPAĞIN YAŞI — Torpaq əmələgəlmə prosesi geoloji vaxt ərzində baş verir. Deməli torpağın yaşı müəyyən vaxt ərzində torpağın mövcudolma müddətidir. Hər bir yeni torpaq əmələgəlmə tsikli (mövsümi, illik, çoxillik) torpaq profilində üzvi və mineral maddələrin müəyyən dəyişikliyinə səbəb olur. Ona görə vaxt, zaman amili (Dokuçayevə görə «Ölkənin yaşı») torpağın inkişafında əmələgəlməsində çox böyük rol oynayır. Ümumiyyətlə, torpağın mütləq və nisbi yaşı fərqləndirilir. Mütləq yaş dedikdə torpağın formalaşmasının başlanğıcından hazırkı vaxta kimi keçən dövr başa düşülür. O, bir necə ildən milyon illər ərzində müddətdə tərəddüd edir. torpağın ən böyük yaşı müxtəlif halda pozulmalara (su eroziyası, deflyasiya və s.) məruz qalmayan tropik ərazi torpaqlarına məxsusdur. Şimal vilayətlərində torpağın yaşı onların dördüncü dövr buzlaşmasından, buzlaq sularında azadolma dövrü ilə əlaqədardır. Ən cavan yaşlı torpaqlar müasir çaybasarlarda, sahillərdə (məs. Xəzər sahili ərazisi) inkişaf tapmışdır. Torpağın nisbi yaşı torpaq əmələgəlmə prosesinin sürətinin bir torpağın inkişaf mərhələsinin digərindən nə dərəcədə tez dəyişməsini səciyyələndirir. O, süxurun tərkib və xüsusiyyətlərinin, relyef şəraitinin, torpaq əmələgəlmə prosesinin sürət və istiqamətinə təsiri ilə əlaqədardır. Basdırılmış torpaqların yaşı onların basdırıldığı andan hesablanılır. Bir sıra müəlliflər torpağın nisbi yaşı anlayışını torpaq profilinin inkişaf dərəcəsi torpaq əmələgəlmə şəraitindən keçən dövrün uzunluğu ilə izah edirlər.;

TORPAQ DEQRADASİYASI — Beynəlxalq termin olub, özündə çox geniş məlumat toplayır. Təbii və antropogen təsir nəticəsində torpaqlarda baş verən dəyişiklik, münbitliyin, humusun azalması, məhsuldarlığın aşağı düşməsi torpaq deqradasiyasını yaradır. Azərbaycanda son 60-70 ildə torpaq sərvətləri ciddi təsirlərə məruz qalır, yararlı torpaq ehtiyatları azalır (sənaye obyektləri, yollar, kanallar, su hövzələri və faydalı qazıntılar altında, məişət tullantıları və s.) münbitliyinin və məhsuldarlığın azalması (üzvi maddənin itkisi, fiziki deqradasiya, eroziya, şorlaşma, şorakətləşmə, qida çatışmamazlığı, texnogen və kimyəvi çirklənmə). Torpaq deqradasiyasının nəticələri torpaqların genezisində, təsnifatında, nomenklaturasında problemlər (dəyişikliklər) yaradır;

TORPAQ CİNSİ — Torpaq yarımtipləri daxilində taksonomik bölgü vahidi olub, torpaq əmələgəlmə süxurların xarakterini, torpaq əmələgəlmə proseslərinin inkişaf dərəcəsini, torpağın uducu kompleksi, şorlaşmasının kimyəvi tərkibi, bərkliyi, qrunt sularının kimyəvi xüsusiyyətləri timsalında müəyyən edilir.;

TORPAQ EROZİYASI — Torpağın üst münbit qatının su və külək vasitəsilə dağıdılması və başqa yerə aparılmasıdır. Torpaq eroziyası normal və sürətli olur. Normal eroziya tədricən gedir və torpaq əmələgəlmə prosesindən yavaş getdiyi üçün torpağın münbitliyini azaltmır. Sürətli eroziya insanın düzgün olmayan təsərrüfat fəaliyyəti zamanı yamaclarda torpağın düzgün becərilməməsi, meyilli sahələrdə eroziyaya qarşı düzgün suvarma üsullarının tətbiq edilməməsi, örüşlərdə heyvanların düzgün otarılmaması, meşə və kolluqların qırılması və s. nəticəsində əmələ gəlir. Eroziya prosesini yağış, qar irriqasiya suları və külək törədir. Ən çox müşahidə edilənləri səthi və yarğan irriqasiya və küləklərlə əlaqədar baş verir. Eroziya nəticəsində torpağın üst münbit qatı dağıdılır, yarğan, qobular inkişaf edir və süxurlar səthə çıxır.;

TORPAĞIN İQLİMİ — Sutka, illik, çoxillik, əsirlik, dövriyyələrə malik temperatur, nəmlik və hava rejimləri. Torpaq xassələrindən, ümumi iqlimdən, bitki örtüyündən, ana süxurdan və insan fəaliyyətindən asılıdır.;

TORPAQ NÖVÜ — Torpaq təsnifatının taksonomik vahididir. Torpağın nomenklaturası, sistematikası və təsnifatı üzrə idarələrarası komissiya 1958-ci ildə növ haqqında belə təyinat qəbul etmişdir: torpaq cins daxilində torpaq əmələgəlmə proseslərinin inkişaf səciyyəsinə görə fərqlənir ki, bu torpaq növünü təşkil edir. Torpaq növü dedikdə podzollaşma, humusun miqdarı və humus qatının qalınlığı, şorlaşma dərəcəsi – şorakətlik və antropogen təsirin təzahürü, mədəniləşmiş qatın ayrılması və s. taksonomik vahidlər başa düşülür;

TORPAĞIN SU TUTUMU — Torpağın bu və ya digər qüvvələrin köməkliyi ilə özündə daha çox su saxlamaq qabiliyyətidir;

TORPAĞIN SU KEÇİRMƏSİ —Torpağın su təzyiqinə uyğun su keçirmə qabiliyyəti. Kəmiyyətcə torpağın su keçirmə əmsalı ilə xarakterizə olunan kəmiyyət, %-lə ölçülür, və ya torpaqda nəmliyin tutduğu həcmin ümumi həcmə olan nisbəti ilə, sm3/ sm3 (həcmi nəmlik).;

TORPAĞIN SU KEÇİRMƏ ƏMSALI — Torpağın su keçirməsinin kəmiyyətcə göstəricisi. Su keçirmənin surətinin su keçirməni yaradan qüvvələrə olan nisbəti (təzyiq, su sütununun hündürlüyü, potensialı və s.);

TORPAQŞÜNASLIQ — Sərbəst təbii-tarixi yer elmi olub torpağı, onun mənşəyini, quruluşunu, tərkibini və fiziki-kimyəvi xüsusiyyətlərini, quru səthində onun coğrafi yayılma qanunauyğunluğunu, münbitlik xassələrinin yaranmasını, inkişafını öyrənir. Torpağın ən vacib bölmələri: torpaqların genezisi, torpaqların təsnifatı, torpaqların fizikası, torpaqların kimyası, torpaqların mineralogiyası, torpaqların biologiyası, torpaqların coğrafiyası, torpaqların kartoqrafiyası, torpağın bonitirovkası hesab olunur. Torpağın ən vacib tətbiqi bölmələri aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və meliorativ torpaqşünaslıqdır;

TORPAĞIN DUZ REJİMİ — Torpağın profilində və ayrı-ayrı təbəqələrində asan əriyən duzların hərəkəti və toplanma prosesidir;