image

20 Yanvar faciəsi şəhidlərinin xatirəsini yad edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin Naxçıvan şəhər Sukanal İdarəsinin və ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəhbər heyəti və kollektivi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzüblər.