Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin sentyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, 2024-cü ilin sentyabr ayının sonunda su anbarlarında 196,13 milyon kubmetr su ehtiyatı mövcud olub və su istifadəçilərinə sentyabr ayı ərzində 20,76 milyon kubmetr su verilib. Verilən suyun müqabilində 16 695 hektar torpaq sahəsi suvarılıb.