image

2025-ci ilin yanvar-avqust ayları ərzində 14 kəhrizdə cari təmir işləri aparılmışdır

Naxçıvan Muxtar Respublikasında kəhrizlər həm milli-mədəni irs nümunəsi kimi qorunur, həm də əhalinin içməli su ilə təminatında və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olduğu üçün bərpası və istifadəsi diqqət mərkəzində saxlanılır. 
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 14 kəhrizdə cari təmir işləri aparılmışdır. Görülən işlər çərçivəsində 1820 metr kürədə təmizlənmə işləri aparılmış, 23 metr mövcud daşla saybənd hörgü hörülmüş, çökmüş 3 quyuda bərpa işləri həyata keçirilmiş və 2 yeni quyu qazılmışdır. Hal-hazırda 12 kəhrizdə cari təmir işləri yekunlaşıb, 2 kəhrizdə isə davam edir.