27 sentyabr Vətən müharibəsinin başlanma günü, əbədi və əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu, xalq və dövlət birliyinin bütün dünyaya nümayiş olunduğu şərəfli bir tarixdir. Bu tarix yüzillərdir torpaqlarımıza göz dikən düşmənin darmadağın edilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi tarixi gündür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik həsrətə son qoyan, bizi möhtəşəm Zəfərə aparan qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, torpaqlarımızın azadlığı uğrunda döyüşən qazilərimizə Allahdan şəfa diləyirik.
Zəfərimiz əbədidir! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!