image

“5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib

“5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib. Peşə bayramını qeyd edən ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Regional Bölməsi, ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin rəhbər heyəti və kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər Xiyabanını və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. 
Daha sonra “Heydər Əliyev Azərbaycanda su təsərrüfatı və meliorasiya kompleksinin inkişaf konsepsiyasının müəllifi və təşkilatçısıdır” mövzusunda tədbir keçirilib, çıxışlar dinlənilib. 
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev kollektivi peşə bayramı münasibətilə təbrik edib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.