Tədbirlər çərçivəsində şöbə kollektivləri Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon şöbələrində təşkil olunan tədbirlərdə çıxışlar dinlənilib, ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən və melioratorların kənd təsərrüfatının inkişafındakı əvəzsiz rolundan bəhs olunub.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində su təsərrüfatı və meliorasiya sistemi müasir dövrün tələblərinə uyğun inkişaf etdirilir, su ehtiyatlarından səmərəli istifadə və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.
Tədbirlərin sonunda su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşlar peşə bayramı münasibətilə təbrik olunub, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.