Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və rayon şöbələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və əmək fəaliyyətində mühüm rol oynadıqlarını vurğulanıb. Bildirilib ki, qadınlar ölkəmizin bütün sahələrində olduğu kimi, su təsərrüfatı və meliorasiya sahəsində də öz zəhmətləri, məsuliyyətli və səmərəli fəaliyyətləri ilə seçilirlər.
İdarə rəisi Malik Rzayev qadın əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək iş fəaliyyətlərində yeni uğurlar arzulayıb.