image

8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ziyarət edilib.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Babək rayonunun Şıxmahmud kəndində İkinci Qarabağ müharibəsi şəhidi  leytenant Fərmin Əliyevin ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidin xatirə guşəsi ilə tanış olunub, onun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Malik Rzayev şəhidin Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan qürurla danışıb, şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.