Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 955 Çağrı Mərkəzi vətəndaşların şikayət, təklif və sorğularının operativ şəkildə qəbul edilməsi və lazımi tədbirlərin görülməsi məqsədilə fəaliyyət göstərir.
955 Çağrı Mərkəzi aşağıdakı məsələlərlə bağlı müraciətləri cavablandırır:
* İçməli su təminatı
* Su təchizatına aid texniki məsələlər
* Sayğaclarla bağlı məsələlər
* Müştəri xidmətləri və borclar
* Su və kanalizasiya infrastrukturu
* Suvarma və suvarma sistemlərinə aid məsələlər
* Agentliyin fəaliyyət istiqamətlərinə aid digər məsələlər
Çağrı Mərkəzi 🕖 7/24 rejimdə abonent müraciətlərini qəbul edir. Operatorlar müraciətləri icra olunmaq üçün aidiyyəti üzrə yönləndirir.