image

Ağacəkmə aksiyası zamanı 900-ə yaxın meşə və meyvə tingləri əkilib

Bu il noyabr ayında dünyanın ən mötəbər tədbirlərindən biri COP29 Bakıda keçiriləcək. Bu missiyaya uyğun olaraq Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
18-27 oktyabr tarixlərində Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında ağacəkmə aksiyası keçirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələrinin əməkdaşları da keçirilən ağacəkmə aksiyasında aktiv iştirak ediblər. Aksiya zamanı 900-ə yaxın meşə və meyvə tingləri əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.