image

alik Rzayev Ordubad şəhər Su Təmizləyici Qurğular Kompleksinə baxış keçirib

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Ordubad şəhər Su Təmizləyici Qurğular Kompleksinə baxış keçirib
Baxış zamanı qurğunun ümumi fəaliyyəti, texniki göstəriciləri, suyun təmizlənməsi prosesinin mərhələləri, həmçinin avadanlıqların istismar vəziyyəti ilə maraqlanılıb. Qurum rəhbəri kompleksin fəaliyyətində mövcud olan ehtiyacların və problemlərin operativ şəkildə aradan qaldırılması, avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.