Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən Arpaçay su anbarı ərazisində iməcilik keçirilib. İməcilik zamanı sahilboyu və su hövzəsinə atılmış məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb. Su anbarına gələn müxtəlif növ tullantılar yığılaraq ətraf mühitin mühafizəsi və su hövzəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün təmizlənib. Bundan əlavə ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib.