Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən torpaq sahələrinin su təminatının yüksəldilməsi, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə rayonun Axura, Çərçiboğan, Qarahəsənli, Dəmirçi kəndlərində arx və kollektorların lildən təmizləmə işləri həyata keçirilir.