Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Aşağı Qışlaq kəndində yeni qazılmış subartezian quyusundan sakinlərə içməli su verilməsi məqsədilə yeni boru xətti çəkilir. Hal-hazırda diametri 125 və 110 millimetr, uzunluğu 1300 metr olan boru xətti üçün xəndəklərin qazılması işləri görülür