Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Aşağı Qışlaq kəndində yeni qazılmış subartezian quyusundan sakinlərə içməli su verilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Layihə çərçivəsində kəndin su təminatını yaxşılaşdırmaq üçün yeni boru xətti çəkilib. Hazırda boru xətlərinin basdırılması prosesi aparılır və uzunluğu 1300 metr olan xətdə son tamamlanma işləri görülür.