image

Aşağı Qışlaq kəndində yeni qazılmış subartezian quyusundan sakinlərə içməli su verilməsi məqsədilə görülən işlər yekunlaşmaq üzrədir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Aşağı Qışlaq kəndində yeni qazılmış subartezian quyusundan sakinlərə içməli su verilməsi məqsədilə görülən işlər yekunlaşmaq üzrədir. Belə ki, layihə çərçivəsində kəndin su təminatının yaxşılaşdırılması üçün 1300 metr uzunluğunda yeni boru xətti çəkilib. Hazırda bölgü sisteminin quraşdırılması və digər tamamlayıcı işlər davam etdirilir.