image

Aşağı Qışlaq kəndində yeni subartezian quyusu qazılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Aşağı Qışlaq kəndində yeni qazılmış subartezian quyusundan sakinlərə içməli su verilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Layihə çərçivəsində kəndin su təminatını yaxşılaşdırmaq üçün yeni boru xətti çəkilib.  Uzunluğu 1300 metr olan boru xətlərinin basdırılması prosesi yekunlaşmaq üzrədir. 
Görülən işlər çərçivəsində yeni  qazılmış subartezian quyusunun boru xətti asfalt yolun altındakı keçiddən keçirilərək əsas xəttə birləşdirilib. Hazırda işlər davam etdirilir.