image

Ayrınc kənd arxında lildən təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Ayrınc kənd arxında lildən təmizləmə işləri aparılır. Uzunluğu 4 kilometr olan arxın 950 metri artıq lildən təmizlənmişdir. Hazırda lildən təmizləmə işləri davam etdirilir.