Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şahbuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Ayrınc kənd suvarma kaptajında uzunluğu 35 metr, diametri 250 millimetr olan sinkləşmiş polad boru təmir edilib. Bu kaptaj vasitəsilə rayonun və yol kənarı yaşıllıqların suvarma suyu təmin edilir.