Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonunun Ayrınc kəndi ərazisində yerləşən "Qırbağlar" arxında lildən təmizləmə işlərinə başlanılıb. Ümumi uzunluğu 4,5 kilometr olan arxın 250 metrlik hissəsində lildən təmizləmə işləri yerinə yetirilib. Hal-hazırda təmizləmə işləri davam etdirilir.