image

Aza-Dəstə kanalının lildən təmizləməsi işlərinə başlanılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Ordubad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Aza-Dəstə kanalının lildən təmizləməsi işlərinə başlanılıb. Ümumi uzunluğu 18,4 kilometr olan kanalın 2,5 kilometr məsafəsində lildən təmizlənmə işləri yekunlaşıb. Hazırda iş davam etdirilir.