image

Azad kəndi ərazisində yerləşən “Şappar” arxında lildən təmizləmə işləri yekunlaşdırılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Ordubad rayon şöbəsi tərəfindən rayonun Azad kəndi ərazisində yerləşən, ümumi uzunluğu 2200 metr olan “Şappar” arxında lildən təmizləmə işləri yekunlaşdırılıb. Görülən işlər nəticəsində suyun ötürücülük qabiliyyəti artırılıb, su itkilərinin qarşısı alınıb və əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılmasına şərait yaradılıb.