image

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər və ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.