image

Babək qəsəbəsində əkin sahələrini suvarma suyu ilə təmin edən ana arxlarda lildən təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Babək qəsəbəsində əkin sahələrini suvarma suyu ilə təmin edən ana arxlarda lildən təmizləmə işləri aparılır. Görülən tədbirlər nəticəsində arxların suötürücülük qabiliyyəti bərpa edilir, suvarma suyunun fasiləsiz və daha səmərəli şəkildə sahələrə çatdırılması təmin olunur.