image

Babək qəsəbəsində suvarma arxlarının lildən təmizlənməsi işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək şöbəsi tərəfindən Babək qəsəbəsində suvarma arxlarının lildən təmizlənməsi işləri davam etdirilir. Hazırda 4500 metr uzunluqda arx boyunca lil və çöküntülərin təmizlənməsi təmin olunub. Görülən işlər suvarma suyunun maneəsiz hərəkətini yaxşılaşdırır və əkin sahələrinin su təminatını daha da səmərəli edir. Hal-hazırda işlər davam etdirilir