Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəisi Səttar Nəsirov Babək rayonunda birgə vətəndaş qəbulu keçiriblər.
Qəbul zamanı vətəndaşların şikayət və müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılıb. Müraciətlərdə qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.