image

"Bam" torpaq kanalının lildən və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən Gilançaydan qidalanan, Yaycı kəndinin əkin və həyətyanı sahələrini suvarma suyu ilə təmin edən, uzunluğu 13 kilometr olan "Bam" torpaq kanalının lildən və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Görülən işlər çərçivəsində  kanalın 4300 metri lil və çöküntülərdən təmizlənib. Hal-hazırda işlər davam etdirilir və fevral ayının sonlarına qədər yekunlaşması nəzərdə tutulur.