image

Bənəniyar kəndində 275 evi içməli su ilə təmin edən kaptajda bu gün təmir-bərpa işlərinə başlanılıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Bənəniyar kəndində 275 evi içməli su ilə təmin edən kaptajda bu gün təmir-bərpa işlərinə başlanılıb. Aparılan işlər çərçivəsində diametri 300 millimetr olan azbest-beton borular sökülərək təmizlənəcək, yenidən düzülərək üzəri örtüləcək. Görülən tədbirlərin növbəti həftənin əvvəllərində tamamlanması nəzərdə tutulur.