image

Bənəniyar kəndinin içməli su təminatı yaxşılaşdırılır

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Bənəniyar kəndinin içməli su təminatını yaxşılaşdırmaq, su itkisinin qarşısına almaq üçün mövcud içməli su xətləri yeni plastik borularla yenilənir. Görülən işlər çərçivəsində içməli suyu olmayan 35 evin içməli su təminatı ödənəcək, həmçinin kənddə yerləşən subartezian xətləri yenilənəcək. Artıq idarə əməkdaşları tərəfindən diametri 90 millimetr olan 350 metr uzunluğunda plastik borularla xətt çəkilib, bir ədəd su bölüşdürücü quraşdırılıb.