Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kənd sakini şəhid Məmmədov Muxtar Bayram oğlunun dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, icra hakimiyyətinin əməkdaşları, hökumət, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və digər əməkdaşları da dəfndə iştirak edib, şəhidin məzarına gül dəstələri düzüb, ailəsinə baş sağlığı veriblər.