Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Camaldın kəndi ərazisində yerləşən “Göy sal” arxında lildən təmizləmə işləri aparılır. Ümumi uzunluğu 6 kilometr olan arx su mənbəyi kimi Əlincəçaydan qidalanır. Görülən işlər çərçivəsində arxın 1,42 kilometri lil və çöküntülərdən təmizlənib, işlər davam etdirilir.