image

Camaldın kəndində 135 evi içməli su ilə təmin edən kaptajda aparılan əsaslı təmir-bərpa işləri yekunlaşıb

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Camaldın kəndində 135 evi içməli su ilə təmin edən kaptajda aparılan əsaslı təmir-bərpa işləri yekunlaşıb. Təmir çərçivəsində xəttin 270 metr uzunluğunda hissəsinin üst qatı açılaraq təmizlənmiş, borular yenidən düzülərək üzəri örtülmüşdür. Görülən işlər nəticəsində kəndin içməli su təminatının daha dayanıqlı və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunub.