Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Camaldın kəndində 135 evi içməli su ilə təmin edən kaptajda əsaslı təmir-bərpa işləri həyata keçirilir. Görülən işlər çərçivəsində xəttin 120 metr uzunluğunda hissəsinin üst qatı açılaraq təmizlənmiş, borular yenidən düzülərək üzəri örtülmüşdür. Hazırda işlər planlaşdırılmış qrafik üzrə davam etdirilir.