image

Cəhri qəsəbəsində “Xor” arxından “Əyri arx”a gedən ana arx lildən təmizlənir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Babək rayonunun Cəhri qəsəbəsində “Xor” arxından “Əyri arx”a gedən ana arx lildən təmizlənir. Beləliklə, həmin ərazidəki əkin sahələrinə suyun itkisiz və səmərəli verilməsi təmin olunacaqdır.