image

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev tərəfindən saat 10:00-dan 13:00-dək Culfa Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 16 sentyabr  2024-cü il tarixində saat 10:00-dan 13:00-dək Culfa Rayon İcra Hakimiyyətində aparılacaq. Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur.