image

Danyeri suvarma arxında (Yuxarı Sovxoz kanalı) lildən  təmizləmə işləri aparılmışdır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonda suvarma sistemlərinin səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Görülən işlər çərçivəsində  Danyeri suvarma arxında (Yuxarı Sovxoz kanalı) lildən  təmizləmə işləri aparılmışdır. Ümumi uzunluğu 25 km olan arxın 1,9 km  hissəsində yığılan lil və digər çöküntülər təmizlənmişdir. Rayonun Danyeri kəndinin həyətyanı və əkin sahələrini suvarma suyu ilə təmin edən arxda təmizləmə işləri davam etdirilir.