Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayonun Daylaqlı kəndi ərazisində yerləşən, ümumi uzunluğu 6 km olan Daylaqlı kənd arxının sel suları nəticəsində lil ilə dolmuş hissələrinin təmizlənməsi işləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində arxın suötürmə qabiliyyətinin bərpası, suyun maneəsiz axınının təmin olunması və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə lil və çöküntülərdən təmizlik işləri aparılır. Təmizləmə işləri çərçivəsində arxın 1.1 km hissəsində işlər yekunlaşıb. Hazırda təmizləmə işləri davam etdirilir.