Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Camaldın kəndi ərazisində yerləşən “Dərəlik” arxında lildən təmizləmə işləri aparılır. Sözügedən arx Camaldın kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Ümumi uzunluğu 3 km olan arxın bu günədək 1,48 km hissəsində təmizləmə işləri icra olunub.