Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Camaldın kəndi ərazisində yerləşən “Dərəlik” arxında lildən təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində arx boyunca yığılan lil və çöküntülər təmizlənib, suyun axını bərpa olunub və əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin edilib.