image

Düylün kəndi ərazisində yerləşən kaptajda təmir-bərpa işləri görülür

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Ordubad rayon şöbəsi tərəfindən rayonun Düylün kəndi ərazisində yerləşən kaptajda təmir-bərpa işləri görülür. Ümumi uzunluğu 100 metr olan kaptaj kəndin içməli su təminatında mühüm rol oynayır. Son dövrlərdə suyun həcminin azalması müşahidə olunduğundan, problemin aradan qaldırılması məqsədilə kaptajın yenidən qazılması, təmizlənməsi və bərpası həyata keçirilir.