image

Nehrəm qəsəbəsi ərazisində yerləşən arx və kollektorların lildən təmizlənməsi işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Nehrəm qəsəbəsi ərazisində yerləşən arx və kollektorların lildən təmizlənməsi işləri aparılır. Görülən işlər nəticəsində əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq. Hazırda lildən təmizləmə işləri davam etdirilir.