image

Cəhriçaydan qidalanan arxların və Qaraçuq kanalının Tunbul kəndindən keçən hissələrinin lil və çöküntülərdən təmizlənməsi işləri görülür.

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən meliorativ tədbirlər aparılır. Belə ki, İdarə əməkdaşları tərəfindən teknikalar vasitəsilə Babək rayonu ərazisində Cəhriçaydan qidalanan arxların və Qaraçuq kanalının Tunbul kəndindən keçən hissələrinin lil və çöküntülərdən təmizlənməsi işləri görülür.