Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun İbadullah, Ərəbyengicə, Tumaslı, Maxda və Qışlaq Abbas kəndlərinin mövcud suvarma arxlarında və İbadulla kollektorunda lildən təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində suyun ötürmə qabiliyyəti bərpa olunub, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün şərait yaradılıb.