Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyinin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD lahiyəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-praktiki Konfrans keçirilib.
Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Konfransda Baş prokuror Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər şəxslər iştirak edib.