Sülh və müharibə dövrlərində baş verən fövqəladə hallarda mühafizənin üsul və qaydalarının öyrədilməsi məqsədilə “Fövqəladə hallar zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyətinin rolu” mövzusunda Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yaradılmış hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyəti ilə tədris-metodiki toplanış keçirilmişdir. Tədris-metodiki toplanışda mülki müdafiə haqqında əsas anlayışlar, onun əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində vəzifələri, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təşkili və hazır vəziyyətə gətirilməsi qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin ilkin həyat təminatı, davranış qaydaları haqqında ətraflı məlumat verilmiş, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin şəxsi heyəti və dəstələrə cəlb olunmayan işçilərlə 12-15 saatlıq tədris proqramı əsasında keçirilən mövzuların sorğusu aparılmışdır. Tədris-metodiki toplanışın sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.