image

"Gilançay kənd arxı"nın lildən təmizlənməsi işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Ordubad rayon şöbəsi tərəfindən "Gilançay kənd arxı"nın lildən təmizlənməsi işləri aparılır. Meliorativ tədbirlər çərçivəsində ümumi uzunluğu 6.1 kilometr olan arxın 1 kilometri lil və çöküntülərdən təmizlənib. Hal-hazırda işlər davam etdirilir.