image

Göydərə kəndi ərazisində yerləşən "Orta arx" lil və çöküntülərdən təmizlənir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Göydərə kəndi ərazisində yerləşən "Orta arx" lil və çöküntülərdən təmizlənir. Kəndin əkin sahələrini və həyətyanı torpaq sahələrini suvarma suyu ilə təmin edən arxın ümumi  uzunluğu 5.6 kilometrdir. Aparılan meliorativ tədbirlər çərçivəsində arxın  0,81 kilometri lil və çöküntülərdən təmizlənib, hal-hazırda işlər davam etdirilir.