image

"Göydərə" orta arxında lildən təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən rayonun Göydərə kəndi ərazisində yerləşən "Göydərə" orta arxında lildən təmizləmə işləri aparılır. Ümumi uzunluğu 5,6 km olan arx Göydərə kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edir. Aparılan işlər çərçivəsində arxın 0,68 km hissəsində təmizləmə işləri icra edilib. Hazırda lildən təmizləmə işləri davam etdirilir.