Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Gülşənabad kəndi və Cəhri qəsəbəsi ərazisində yerləşən arx lil və çöküntülərdən təmizlənir. Beləliklə, su qənaətlə istifadə edilərək itkisiz və tez zamanda əkin sahələrinə çatdırılır. Cəhriçaydan qidalanan arx vasitəsilə ətraf ərazilər suvarma suyu ilə təmin edilir.